Milli Məclisin payız sessiyasında sosial sahəyə dair yeni qanun layihələri müzakirə olunacaq
Sosial xidmətə, ailə planlaşdırması və reproduktiv sağlamlığa dair yeni qanunların layihələri Milli Məclisin payız sessiyasında müzakirə olunacaq.SİA-nın məlumatına görə,"Sosial xidmət haqqında" Qanun yaşayış şəraiti ağır olan vətəndaşlara sosial xidmətin göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirəcək. Bu sahədə yaranmış münasibətləri tənzimləyəcək. Altı fəsil 28 maddədən ibarət qanun layihəsi hazırlanarkən bir sıra ölkələrin bu sahədəki qanunvericilik bazası və təcrübəsi yaxından öyrənilib.
Milli Məclisin sosial siyasət komitəsinin hazırladığı digər bir sənəd isə "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsidir. Ailənin sağlamlığına xidmət edəcək qanun layihəsini hazırlayan işçi qrup bu sahədə dünya təcrübəsini yaxından öyrənməklə yanaşı, ictimai dinləmələr zamanı verilən çoxsaylı rəy və təklifləri də təhlil edib.Payız sessiyasında, həmçinin "Gənc ailənin sosial müdafiəsi haqqında" yeni qanun layihəsinin hazırlanması, eyni zamanda, Ailə Məcəlləsinə dəyişiklik edilməsi məsələləri də müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB