Prezident İlham Əliyev Kamil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev müasir Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq Rəssamı Kamil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Kamil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanaraq həyata keçiriləcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB