Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının yeni inzibati binası açılıb

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının yeni inzibati binası açılıb
İyulun 19-da Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak edib.

SİA-nın xəbərinə görə, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Ümumi sahəsi 120 kvadratmetrə yaxın olan inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini, o cümlədən YAP-la bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb. 50 nəfərlik iclas zalı, bütün otaqlar lazımi avadanlıqla təchiz olunmuş, təşkilatın daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Yeni binada istilik sistemi də quraşdırılmış, ətraf ərazidə yaşıllıq zolağı salınmış, dekorativ ağaclar əkilib.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə