Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 4 milyon manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, Sərəncamda qeyd olunur ki, 24 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,0 (dörd) milyon manatı Bərdə rayon İcra Hakimiyyətinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək; Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB