Millət vəkilləri YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsi çərçivəsində gənclərlə görüşüblər
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi "Yay məktəbi" layihəsi çərçivəsində Qəbələ rayonunda olublar. SİA-nın verdiyi məlumata görə, "Qafqaz" oteldə keçirilən görüş özəlliyi ilə fərqlənib. Günorta yeməyi zamanı iştirakçılar millət vəkili Fəttah Heydərov, YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və digər YAP nümayəndələri ilə görüşüblər. YAP Gənclər Birliyinin "Yay məktəbləri" layihəsi çərçivəsində keçirilən tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevin həyat yolundan, ümummilli liderin milli ideologiyasından danışan millət vəkili Fəttah Heydərov eyni zamanda, Azərbaycanın inkişafı istiqamətində müəyyənləşdirilən strategiya haqqında ətraflı məlumat verib.
Millət vəkili qeyd edib ki, ulu öndərin zəngin irsi gənc nəslin nümayəndələri tərəfindən dərindən öyrənilməlidir: "Çünki Azərbaycanın inkişaf və tərəqqisi məhz Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdiriyi siyasətlə bağlıdır".
Ümummilli liderimizin gənclərə bağlı apardığı siyasət barədə danışan millət vəkili bildirib ki, aparılan islahatlar nəticəsində bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışır. \"Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndər Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri sayıb", - deyə əlavə edib .
Nahardan sonra millət vəkili Fəttah Heydərov və Mübariz Qurbanlı çay süfrəsi ətrafında gəclərlə diskusiya aparıblar, gənclərin suallarını cavablandırıblar.
Qeyd edək ki, YAP-ın gənc üzvləri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib və eyni zamanda Heydər Əliyev muzeydə olublar. Görüşdən sonra gənclər asudə vaxtlarından səmərəli istifadə etmək üçün müxtəlif tədbirlər keçiriblər.
Mamed Bağırov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB