Suriya hökuməti ABŞ-ı daxili işlərinə qarışmaqda ittiham edib

Suriya hökuməti ABŞ-ı daxili işlərinə qarışmaqda ittiham edib

Suriya hökuməti ABŞ-ı daxili işlərinə qarışmaqda ittiham edib. Buna səbəb ABŞ səfiri Robert Fordun Hama şəhərinə səfər etməsidir. SİA-nın "France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, Suriya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir ki, səfirin bu səfərinə rəsmi Dəməşkin icazəsi olmayıb və bu fakt regiondakı vəziyyəti daha da gərginləşdirəcək.

Bundan əlavə XİN Fordun bu hərəkətini "məsuliyyətsiz" adlandırıb.

"Associated Press"-in verdiyi xəbərə görə, ABŞ Dövlət Departamenti Fordun sözügedən səfərini şərh edərkən bildirib ki, səfir bu addımla Suriya xalqının azad toplaşmaq hüququnu dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə