Metyu Brayze: \"Dağlıq Qarabağ münaqişəsinin qəti həll olunması üçün məndən asılı olan hər şeyi edəcəyimə əmin olun\"
Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin elan edilməsinin 235-ci ildönümü ilə əlaqədar, bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib. SİA-nın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayze tədbirdə çıxış edib. Bu müddətin ABŞ üçün uzun bir tarixi dövr olduğunu qeyd edən səfir bildirib ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında çoxtərəfli əlaqələr və strateji tərəfdaşlıq münasibətləri var: \"Birləşmiş Ştatların səfirliyi Azərbaycanın vətəndaş cəmiyyəti, bu ölkədə müxtəlif dinlərin nümayəndələri və media qurumları ilə sıx əməkdaşlıq edir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin qəti həll olunması üçün məndən asılı olan hər şeyi edəcəyimə əmin olun\".
Azərbaycanın maliyyə naziri Samir Şərifov rəsmi qəbulun iştirakçılarını Azərbaycan hökuməti adından təbrik edərək, Amerika xalqına sülh və firavanlıq arzularını çatdırıb: \"Energetika, humanitar sahələrdə və təhlükəsizlik məsələlərində Azərbaycan-Amerika münasibətləri strateji xarakter kəsb edir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycan-Amerika əlaqələrinin daha da genişlənməsinə, demokratiyanın inkişafına və terrorizmə qarşı mübarizədə səylərin artırılmasına böyük töhfə verib. ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin tərəfdaşlıq səviyyəsinə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu isə danılmazdır\".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunan nazir qeyd edib ki, ölkəmizin ərazisinin 20 faizi hələ də işğal altındadır. O, bu münaqişənin həllində ABŞ-ın və bütövlükdə beynəlxalq birliyin səylərini fəallaşdırmağın zəruri olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



