Rusiyanın dövlət orqanlarında çalışan azərbaycanlılar ölkələrimiz arasında xalq diplomatiyasını həyata keçirirlər

Rusiyanın dövlət orqanlarında çalışan azərbaycanlılar ölkələrimiz arasında xalq diplomatiyasını həyata keçirirlər

Rusiya Gömrük Akademiyasının V.B.Bobkov adına Sankt-Peterburq filialında məzunlara diplomlar təqdim olunub. SİA-nın məlumatına görə, təqdimat mərasimində fəxri qonaq qismində Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov da iştirak edib. Qüdsi Osmanov 300 məzuna, o cümlədən akademiyanı bitirmiş 6 azərbaycanlıya diplomlar təqdim edib.
Baş konsul Prezident İlham Əliyevin azərbaycanlı gənclərin yüksək ixtisaslı mütəxəssis olmaları üçün xarici ölkələrdə təhsil almalarına xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdır
ıb: \"Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Rusiyada təhsil almış azərbaycanlılar indi bu ölkənin dövlət orqanlarında yüksək vəzifələrdə çalışırlar. Onlar həm də Rusiya–Azərbaycan əlaqələrinin genişlənməsi istiqamətində xalq diplomatiyasını həyata keçirirlər\".

Bütün xəbərlər Facebook səhifəmizdə