ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap olunub
Qarabağ
Fondu ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap
edib. Fonddan SİA-ya daxil olan məlumata görə, satış üçün nəzərdə tutulan bu poçt markaları Qarabağ: \"Keçmişə və Gələcəyə Baxış\"
layihəsinin bir hissəsidir. Markaların üzərində Qarabağın tarixi abidələri,
qədim Alban kilisələri, Şuşa qalası təsvir olunub. Qarabağ Fondu bu
markaları ABŞ-ın tanınmış marka kolleksionerlərinə də hədiyyə olaraq təqdim
edəcək. Markaları əldə istmək hər kəs Qarabağ Fondunun internet saytındakı
onlayn mağazadan bu link vasitəsi ilə sifariş verə bilər: http://www.karabakhfoundation.org/pages/shop/karabakh-stamps/. Markaların
satışından əldə olunan gəlir Qarabağ Fondunun mədəni layihələrini həyata
keçirmək üçün sərf olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB