Arif Vəliyev: “Ölkədə inflyasiya ötən ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə aşağı düşüb” - MÜNASİBƏT
Ölkədə ümumi daxili məhsulun 50 faizi neft sektorunun payına düşür. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bildirib. Onun sözlərinə görə, sənayedə müşahidə olunan geriləmə neft sektorunda olan geriləmə ilə bağlıdır: "Lakin qeyri-neft sektorunda nəzərəçarpacaq irəliləyiş var".
Yanvar-may aylarında ölkədə 8.9 faizlik inflyasiya qeydə alındığını deyən komitə sədri vurğulayıb ki, son beş ayda ölkədə ümumidaxili məhsul 0.8 faiz artıb. O, qeyd edib ki, hazırda inflyasiya var və ötən ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə aşağı düşüb.
Arif Vəliyev həmçinin turizm sektoruna da toxunub: "Ölkədə \"Turizm ili\" olmasına baxmayaraq, mehmanxanalarda qiymətlər bahadır. Bu sahədə cüzi inflyasiya var. Amma ümumi götürəndə qiymət artımı bir o qədər də çox deyil
Qeyd edək ki, bu gün Dövlət Statistika Komitəsində "Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə" mövzusunda elmi simpozium keçirilib. Tədbir Dövlət Statistika Komitəsi və Təhsil Nazirliyinin Və Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilib. Simpoziumda dövlət və hökumət nümayəndələri, alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dövlət Statistika Komitəsinin foyesində isə Azərbaycanın müstəqillik illərində qazandığı uğurları əks olunan stendlər və plakatlar nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB