İyulun 6-dan 10-na kimi Serbiyanın paytaxtı Belqradda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının 20-ci sessiyası keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, sessiyanın əsas mövzusu "ATƏT-in effektivliyinin fəaliyyət qabiliyyətinin möhkəmləndirilməsi: Astana sammitindən sonra yeni başlanğıc" olacaq. Həmçinin sessiya çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik Komitəsi , İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit Komitəsi, İnsan haqları və humanitar məsələlər Komitəsinin iclasları keçiriləcək.
Sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB