Mahmud Abbas Azərbaycana gəlib

İyunun 28-də Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Milli geyimli uşaqlar Fələstin Dövlətinin Prezidentinə gül dəstələri təqdim ediblər.
Hava limanının ali qonaqlar üçün salonunda Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas və Baş nazirin müavini Abid Şərifov arasında qısa protokol söhbəti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə