Novruz Məmmədov: \"Ermənistan Azərbaycan tərəfinə böhtan ataraq beynəlxalq ictimaiyyəti aldatmaqla məşğul olur\"
Erməni tərəfi yenə də proseslərdən öz təbliğat məqsədi üçün istifadə edir və bu metoddan əl çəkmir. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Kazan görüşü və sonradan Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyanın bəyanatını şərh edərkən deyib.
Qeyd edək ki, E.Nalbandyan danışıqların nəticəsiz qalmasına görə Azərbaycan tərəfini günahlandıraraq bildirib ki, guya Azərbaycan yeni şərtlər irəli sürüb.
"Ermənistan Azərbaycan tərəfinə böhtan ataraq beynəlxalq ictimaiyyəti aldatmaqla məşğul olur. Danışıqlar prosesi davam edir. Danışıqlar ona görə davam edir ki, Azərbaycan tərəfi bu münaqişənin həllinə sülh yolu ilə nail olmaq istəyir. Azərbaycan bununla bağlı öz iradəsini ortaya qoyub", deyə N.Məmmədov bildirdi.
Onun fikrincə, hansı dairə desə ki, müharibənin olmaması üçün əlindən gələni edib, bu yalan olacaq, çünki bu məsələdə Azərbaycan Prezidentinin iradəsi həlledici və yeganə rolu oynayır.
"Bu illər ərzində sülhü təmin edən tərəf yalnız Azərbaycandır. İndi isə bu danışıqlar ərəfəsində beynəlxalq ictimaiyyətdə belə bir fikir formalaşmışdı ki, baza prinsiplər ətrafında razılaşma əldə olunması üçün böyük ümidlər var", N.Məmmədov bildirib.
Onun dediyinə görə, razılaşma əldə olunmasa da danışıqların davam etdirilməsi məqsədəuyğun hesab edilib.
N.Məmmədov qeyd edib ki, şübhəsiz ki, danışıqlar zamanı əraziləri işğal edilən Azərbaycan tərəfi müəyyən məsələlərə öz mövqeyini bildirməlidir.
"Çox təəssüf ki, erməni tərəfi keçən illər ərzində etdiklərini Azərbaycanın adına yazır. Afinada əldə olunan razılaşmadan da geri çəkilən onlardır. Sankt-Peterburqda da onlar tamam başqa sənədlə gəlib öz mövqelərini ortaya qoydular. Soçidən də sonra eyni şey baş verdi. İndi də bu məsələni Ermənistanın xarici işlər naziri Azərbaycanın üzərinə qoyur", deyə şöbə müdiri bildirdi.
N.Məmmədov vurğuladı ki, Azərbaycanın əraziləri işğal olunub, bir milyon məcburi köçkün çətin vəziyyətdə yaşayır, Azərbaycan torpaqların azad olunması üçün əlindən gələni edir və bundan sonra da edəcəkdir.
"Qeyd etmək istəyirəm ki, danışıqlar mürəkkəbdir. Amma Azərbaycan Prezidenti öz iradəsini ortaya qoyub və prosesin uğurla nəticələnməsi üçün əlindən gələni edir. Bu dəfə konkret nəticə əldə olunmasa da, Rusiya Prezidenti Dmitri Medvedevin rolunu qiymətləndirmək lazımdır. Doğrudan da o, bu istiqamətdə çoxlu səy göstərir. Mövqelərin yaxınlaşmasına baxmayaraq, hələlik konkret nəticə əldə olunmadı. Prezidentlərin də mövqeyi bundan ibarət oldu ki, bu danışıqları yaxın zamanda davam etdirməlidirlər və öz səylərini əsirgəməməlidirlər", - deyə N.Məmmədov bildirib.
Bununla belə, N.Məmmədov qeyd edib ki, beynəlxalq aləmin bu məsələyə diqqəti var. O xatırlatdı ki, Fransa prezidenti görüş ərəfəsi məktub yazdı, ABŞ prezidenti zəng vurdu.
"Ona görə də çalışmalıyıq ki, münaqişənin həllinə kömək edə biləcək addımlar ataq", - deyə N.Məmmədov bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



