Serj Sarkisyan: “Tərəflərin baza prinsipləri ilə bağlı yekun fikir bildirməsinin vaxtı yetişib”
"Tərəflərin baza prinsipləri ilə bağlı yekun fikir bildirməsinin vaxtı yetişib". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Strasburqda jurnalistlərə açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurasının baş katibi Tyornborn Yaqlandla görüşdən sonra deyib.
Ermənistan prezidenti qarşıdan gələn Kazan görüşünə yaxşı əhval-ruhiyyə və konstruktiv danışıqlar aparmaq istəyi ilə getdiyini bildirib: "Mən indiki mərhələdə yalnız onu deyə bilərəm ki, qarşıdan gələn Kazan görüşünə yaxşı əhval-ruhiyyə və konstruktiv danışıqlar aparmaq istəyi ilə gedirəm. Münaqişənin həlli ilə bağlı danışıqlar uzun müddətdir ki aparılır və tərəflər artıq bir çox məsələləri müzakirə ediblər. Danışıqların necə keçəcəyini və hansı nəticələrlə bitəcəyini gözləyək".
Qeyd edək ki, iyunun 25-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB