Məzahir Əfəndiyev: “İrandan Azərbaycana daxil olan heroinin tərkibində müxtəlif zərərli maddələr var”
İrandan Azərbaycana daxil olan heroinin tərkibində müxtəlif zərərli maddələr var. Bu sözləri SİA-ya açıqlamasında Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin (İB) rəhbəri Məzahir Əfəndiyev deyib. Onun sözlərinə görə, həmin heroinin tərkibində insanın psixologiyasına mənfi təsir göstərən bəzi maddələr var: "Təəssüf ki, biz narkoloji asılılığı olan insanlara kifayət qədər yardım göstərə bilmirik. Həbsdə olan narkoloji asılılığı olan şəxslər bəzi sahələrdə işlədilir. Hesab edirəm ki, yaxın vaxtlarda həbsdə olan həmin şəxslərin barəsində qanuna dəyişikliklər ediləcək. Onların cəzaları alternativ cəza növləri ilə əvəz olunsa, daha yaxşı olar".
Məzahir Əfəndiyev həmçinin Azərbaycanda narkotik istifadəçilərinin ən çox olduğu şəhərlərin adını da açıqlayıb: "Bunlar Bakı, Sumqayıt, Gəncə və Lənkərandır. Bu ilin 6 ayında 2300-dən artıq şəxs narkoloji dispanserlər tərəfindən ekspertizaya cəlb olunub. Onların 1500-dən çoxu məcburi müalicəyə cəlb edilib. Bu da ondan xəbər verir ki, Azərbaycanda ildə 700-1000 nəfər arasında yeni narkomanlar qeydiyyata düşür. İİV və Hepatit C xəstəliyinə tutulmaya görə ən təhlükəli rayon Şirvandır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB