Tahir Kərimli: \"Müxalifət qurumlarının böyük əksəriyyəti partiya funksiyasını itiriblər\" - AÇIQLAMA
Əvvəlcədən biz nə diaqnoz qoymuşduqsa o da oldu. Çünki biz bilirdik və deyirdik ki, bu ictimaiyyət, xalq müxalifətin mitinlərini müdafiə etməyəcək. Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli bildirib.
O qeyd edib ki, müxalifət isə bunun əksinə olaraq yalandan bəyanatlar verirdi ki, guya xalq bunları dəstəkləcəyək. Amma zaman göstərdi ki, onların bu cür iddialarının hamısı fiaskoya uğradı, deyən T.Kərimli 19 iyunda cəhd edilən mitinq də göstərdi ki, xalq onları heç vaxt müdafiə etməyib. \"Çünki müxalifət qurumlarının böyük əksəriyyəti partiya funksiyasını itirib. Onlar hansısa bir diskusiya klubuna çevriliblər. Eyni zamanda onlar özlərini ancaq mətbuat, qəzet üzərində saxlamağa çalışırlar. Hər halda özünə hörmət edən hər bir insan düşünməlidir ki, onlar bu cür yalançı vədlərlə getdikcə gözdən düşürlər. Ona görə də, müxalifət özünün növbəti uğursuzluğunu yaşamalı oldu\" deyən Vəhdət partiyasının sədri məhz bu səbəbdən də, bu gün müxalifət \"liderlərinin\" ətrafında olanların öz başbilənlərindən haqq-hesab tələb etmələrinin vacibliyini də söylədi.
Tapdıq Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB