SAM-ın eksperti “21 əsrdə müharibələrin yeni aspektləri” mövzusunda simpoziuma qatılacaq

SAM-ın eksperti “21 əsrdə müharibələrin yeni aspektləri” mövzusunda simpoziuma qatılacaq

20-22 iyun 2011-ci il tarixində İstanbulda (Türkiyə) ABŞ-ın Milli Müdafiə Universitetinin təşkilatçılığı ilə "21-ci əsrdə müharibələrin yeni aspektləri" mövzusunda beynəlxalq simpozium keçiriləcək. Tədbirə ABŞ, Türkiyə, Braziliya, Albaniya, Əfqanıstan, Bolqarıstan, Çexiya, Yunanıstan, İordaniya, Livan, Polşa, İspaniya və Ukraynanın hərbi-siyasi və müdafiə sahəsinin yüksək rütbəli zabitləri qatılacaq.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini (SAM) hərbi-siyasi və milli təhlükəsizlik məsələləri üzrə ekspert Reşad Kərimov təmsil edəcək. Qurumdan SİA-ya verilən xəbərə görə, SAM-ın əməkdaşı "Sosial şəbəkələr və hərbi münaqişələr" mövzusunda məruzə ilə çıxış edəcək.

Simpoziumda 21 əsrdə hərbi sahənin texnoloji çağırışları, dövlətlərin həyati mübarizəsi: onların düşmənləri və yeni ideologiyaları, NATO-nun Türkiyədə yerləşən Terrorizmə qarşı Mübarizə Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində geniş müzakirələr aparılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə