Elçin Mirzəbəyli: "Azərbaycan siyasətində 10-20 partiyanın bir yerə toplaşaraq nə etməsi kimi məsələlərin effekti çoxdan ölüb" - MÖVQE

Elçin Mirzəbəyli: "Azərbaycan siyasətində 10-20 partiyanın bir yerə toplaşaraq nə etməsi kimi məsələlərin effekti çoxdan ölüb" - MÖVQE

Venesiyaya göndərilən "Siyasi partiyalar haqqında" Qanunda partiyaların yenidən qeydiyyatdan keçməsi məsələsi yoxdur. Bunu SİA-ya açıqlamasında BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli söyləyib. Onun sözlərinə görə, ümumiyyətlə, siyasi partiyaları yenidən qeydiyyatdan keçirməklə siyasi partiya çoxluğunun qarşısının alınması düzgün yanaşma deyil.

E.Mirzəbəyli eyni zamanda bu problemin həllinin qeydiyyat məsələsində də olmadığını vurğulayıb. Qeyd edib ki, ölkədə təkcə çoxlu sayda siyasi partiya yox, eyni zamanda çoxlu sayda faydasız və fəaliyyət göstərməyən qeyri-hökumət təşkilatları, "reket" fəaliyyəti ilə məşğul olan mətbuat orqanlar da mövcuddur. "Cəmiyyətə daha çox ziyan verən ayrı-ayrı strukturlar da hələ də qalmaqdadır. Ona görə də, inzibati metodlarla bu problemin həlli mümkün deyil. Düşünürəm ki, "Siyasi partiyalar haqqında" Qanun qəbul olunduqdan və partiyaların dövlət tərəfindən maliyyələşməsi mexanizmi müəyyənləşdikdən sonra həmin o kiçik çaplı, əhəmiyyətsiz, az qala bəzilərinin biznes strukturana çevrilmiş partiyalar da, öz-özlüyündə sıradan çıxacaq. Onların mövcuduqları qalsa belə, ölkənin siyasi həyatına hər hansı bir təsir göstərmədiyi üçün bu əhəmiyyətli mövcudluq olmayacaq" deyən E.Mirzəbəyli artıq Azərbaycan siyasətində 10-20 partiyanın bir yerə toplaşaraq, nə etməsi kimi məsələlərin effektinin çoxdan öldüyünü vurğulayıb.

E.Mirzəbəyli bunun nə təbliğat forması, nə də ki, başqa bir şey kimi əhəmiyyətsiz bir texnologiya olduğunu söyləyib. O, kiminsə bu texnologiyadan istifadə edirsə, onun özünü ancaq gülüş obyektinə çevirə biləcəyini də qeyd edib.

Əgər bundan sonra yeni partiyalar meydana çıxacaqsa, "Siyasi partiyalar haqqında" yeni Qanuna uyğun ölkə siyasətində uğur qazanqacaqsa, parlament seçkilərində səs toplaya biləcəklərsə onların səsləri imkan verəcək ki, həmin partiyalar da dövlət tərəfindən maliyyələşsin. Bunu deyən BAXCP-nin sədr müavini qeyd edib ki, yaranacaq yeni siyasi partiyalar ölkənin siyasi həyatında aparıcı yer tuta biləcəklərsə, buyursunlar.

E.Mirzəbəyli ictimai-siyasi rəydə aparıcı yer tuta bilməyən partiyaların onsuz da, gündəmdən kənarda qalacağını söyləyib. "Misal kimi bu gün ABŞ-da 200 artıq partiya fəaliyyət göstərir. Faktiki olaraq isə ancaq iki partiya ABŞ-da keçirilən bütün seçki proseslərində mübarizə aparır. Türkiyədəki son seçkilərə nəzər saldıqda da bunu açıq şəkildə görmək mümkündür. Oradakı seçki prosesində onlarla siyasi partiya "barajın" altında qaldı. Bir neçə siyasi partiya isə ümumiyyətlə seçkilərə, qatıla bilmədi. Siyasi meydanda isə təkcə üç partiya nəzərə çarpdı. Onlara da siyasi partiyaları "barajın" altında saxlamaq üçün inzibati metodologiyalar tətbiq olunmamışdı. Və yaxud siyasi fəaliyyəti nəzərə çarpmayan siyasi partiyaların fəaliyyəti ləğv olunmamışdı. Çünki onlarda qeydiyyat məsələsi həddən artıq sadədir", - deyən E.Mirzəbəyli meydanda olan siyasi partiyaların malik olduğu imkanların siyasi arenada yer tutmasına imkan yaratdığını söyləyib.

E.Mirzəbəyli Azərbaycanda da, indiki qanun dəyişikliyinin buna imkan yaradacağına əminliyini ifadə edib.


Tapdıq Qurbanlı


Bütün xəbərlər Facebook səhifəmizdə