Fərhad Abdullayev: “Bu il Azərbaycan Konstitusiya Məhkəməsinə edilən müraciət və şikayətlərin sayı artıb”
Bu il Azərbaycan Konstitusiya Məhkəməsinə edilən müraciət və şikayətlərin sayı artıb. SİA-nın məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev jurnalistlərə verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, daxil olan şikayətlərin əksəriyyəti mülkiyyət hüququnun pozuntusu il bağlıdır: "İl ərzində Konstitusiya Məhkəməsinə vətəndaşlar tərəfindən 700-800 müraciət daxil olur. Son 6 ay ərzində şikayətlərlə bağlı artıq 12 qərar çıxarılıb. Yaxın günlərdə də bir neçə qərar olacaq. Məhkəmələrdən də Konstitusiya Məhkəməsinə edilən müraciətlərin sayı artıb. Qanunun tətbiqi, baxdıqları işlərlə əlaqədar müəyyən çətinliklərlə rastlaşdıqda bizə müraciət edirlər. Bizim tərəfimizdən isə əlaqədar rəsmi izahatlar verilir və məhkəmələr hüquq mənbəyi kimi istifadə edirlər. İl ərzində belə müraciətlərin sayı 15-ə qədər olub".
F. Abdullayev bir müddət öncə Konstitusiya Məhkəməsinin tövsiyəsi ilə Milli Məclis tərəfindən 8 qanuna dəyişiklik edildiyini də vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB