Rasim Musabəyov: "Kazan görüşü ərəfəsində Avropa Parlamentində belə müzakirələrin keçirilməsi Ermənistan üçün mesajdır"
"Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsilə bağlı dinləmələrin keçirilməsi əhəmiyyətli hadisədir. Bu tədbirlər beynəlxalq ictimaiyyətin münaqişənin həllinə diqqətinin göstəricisidir". SİA-nın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.R.Musabəyov bildirib ki, artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar bu münaqişənin həllinin vaxtının çatdığını anlayırlar.
Onun sözlərinə görə, Azərbaycanın prinsipial mövqeyi prosesə öz təsirini göstərməkdədir."Azərbaycan tərəfi sülh danışıqlarının sadəcə, danışıqlar xatirinə aparmayacacağını dəfələrlə bəyan edib. Bunu anlayan beynəlxalq birlik Ermənistanı da ağla gətirməlidir ki, proseslər onun xeyrinə getmir. Prezidentlərin Kazan görüşü ərəfəsində Avropa Parlamentində belə müzakirələrin aparılması əhəmiyyətlidir və Ermənistana bir mesaj ola bilər"- deyə politoloq qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB