Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zona müşavirəsi keçirib
13 iyun 2011-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Yasamal rayonunda "Əlilliyə səbəb olan faktorların öyrənilməsi, əlillik vəziyyəti ilə əhalinin əsas xəstəlik sinifləri üzrə xəstələnməsi hallarının kompleks şəkildə öyrənilməsi və əlilliyin qarşısının alınmasında reabilitasiya tədbirlərinin rolunun artırılması" mövzusunda zona müşavirəsi keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Səhiyyə Nazirliyinin, Tibbi-sosial ekspert komissiyalarının, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinin, əhalinin sosial müdafiə mərkəzlərinin, bərpa-müalicə müəssisələrinin və QHT-lərin nümayəndələri iştirak ediblər.
Müşavirədə paytaxt rayonlarında əlilliyi doğuran faktorların öyrənilməsi, əlilliyin müəyyən edilməsi və ilkin əlilliyin profilaktikası, müayinə olunan şəxslərin reabilitasiya imkanlarının dürüst qiymətləndirilməsi istiqamətlərində aparılan kompleks tədbirlərin genişləndirilməsi məqsədilə müvafiq dövlət qurumları və ictimai təşkilatlar arasında informasiya mübadiləsinin həyata keçirilməsi məsələsi müzakirə edilib.
Tədbirdə həmçinin bərpa-müalicə müəssisələri ilə tibbi sosial ekspert komissiyalarının birgə fəaliyyətinin səmərəli təşkili, eyni zamanda bu sahədə şəffaflığın artırılmasının təmin edilməsi və s. məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



