Türkiyədə parlament seçkiləri keçirilib, hakim AKP rekorda imza atıb

Türkiyədə parlament seçkiləri keçirilib, hakim AKP rekorda imza atıb

Bu gün Türkiyədə parlament seçkiləri keçirilib və artıq sona çatıb. Parlament seçkilərində 15 siyasi partiya iştirak edib. Onlardan 7,5 min namizəd, 203 nəfər isə müstəqil namizəd kimi irəli sürülüb.

Birpalatalı Türkiyə parlamentinə ümumilikdə 550 nəfər seçiləcək. Bu seçkilərdə başlıca rəqiblər Baş nazir Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası, müxalif Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası sayılırdı. Deyəsən proqnozlar özünü doğruldub. Seçkilərin ilkin nəticələri bunu deməyə əsas verir.

Qeyd edək ki, Ərdoğanın partiyası 2002-ci ilin noyabrından ölkədə hakimiyyətdədir. 2007-ci iyununda keçirilən sonuncu parlament seçkilərində o, seçicilərin təxminən 47 faizinin səsini toplayıb və təkpartiyalı hökuməti formalaşdırıb. Seçkilərdə ümumilikdə 50 milyon Türkiyə vətəndaşı iştirak edir.

Türkiyədə keçiriləcək parlament seçkilərini ATƏT və Avropa Şurasının nümayəndə heyətləri də müşahidə edib.

Türkiyə Prezidenti Abdullah Gül , ölkənin birinci xanımı Xeyrunnisa Gül bu gün parlament seçkilərində səs verib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

Türkiyənin Baş Naziri Rəcəp Tayyip Ərdoğan da bu gün parlament seçkilərində səs verib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq PArtiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu bu gün parlament seçkilərində səs verib.

Parlament seçkilərində seçki qutularının 93 faizi artıq açılıb. Yerli vaxtla saat 20.45 olan məlumata görə, 50.3 faiz səslə (327 millət vəkili ilə), hakim partiya liderlik edir.

İkinci yerdə, 25.8 faiz səslə (135 millət vəkili ilə) Cümhuriyyət Xalq Partiyası, üçüncü yerdə 13.6 faiz səslə (53 millət vəkili ilə) Milliyyətçi Hərəkat partiyası yer tutur.


\"\"


\"\"


\"\"




\"\"


\"\"


\"\"


\"\"


\"\"


\"\"


\"\"


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə