Xəzərin statusu ilə bağlı xüsusi nümayəndələrin iclasının vaxtı və yeri məlum olub

Xəzərin statusu ilə bağlı xüsusi nümayəndələrin iclasının vaxtı və yeri məlum olub

Xəzərin statusu ilə bağlı xüsusi nümayəndələrin iclası avqustun əvvəlində Rusiyanın paytaxtı Moskvada keçiriləcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İran Prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə deyib. Onun sözlərinə görə, Moskva görüşündən əvvəl Azərbaycanda və Türkmənistanda Xəzərin statusu ilə bağlı işçi qrupların iclası keçiriləcək.

Qeyd edək ki, artıq cari ilin sonundək Xəzəryanı ölkələrin dövlət başçılarının samittinin Moskvada keçirilməsi haqda razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə