Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Milli Assambleyasının prezidenti Pavel Qantar ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Milli Assambleyasının prezidenti Pavel Qantar ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikası Milli Assambleyasının prezidenti Pavel Qantar ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, iqtisadi sahədə əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğu bildirilib.

Parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin genişlənməsi baxımından önəmli olduğunun qeyd edildiyi görüşdə, Azərbaycan ilə Sloveniya arasında əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf etdiyi bildirilib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya səfərinin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə