Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşünün tarixi müəyyənləşib

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşünün tarixi müəyyənləşib

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllinə dair keçirəcəyi üçtərəfli görüşün tarixi müəyyən olub. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun SİA-ya verdiyi xəbərə görə, görüş iyunun 11-də Moskvada keçiriləcək.

Qeyd edək ki, görüş Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə