”Əsrin müqaviləsinin imzalanmasının 32 ili tamam olur.Həmin müqavilə Müstəqil Azərbaycan Respublikasının tarixində iqtisadi əhəmiyyətli olmaqla yanaşı , geosiyasi və əhəmiyyətli rolu olmuşdur”.
Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, müqavilənin imzalanması ,həmçinin həmin dövrdə və çətin şəraitdə ölkə iqtisadiyyatının qorunması ,onun gələcək və perspektiv inkişafı baxımından Ulu Öndər Heydər Əliyevin xüsusi rolu olmuşdur:
“Onun həyata keçirdiyi iqtisadi siyasət ilk növbədə ölkəmizin təbii sərvətlərinin uzunmüddətli iqtisadi və milli maraqlar naminə istifadə edilməsi idi.
Həmin çətin dövrdə maliyə qıtlığı,müharibədən yeni çıxmış dövlətin iqtisadiyyatı,millətin rifahı naminə əsrin müqaviləsi kimi böyük layihəyə ehtiyac duyulurdu.
Xəzər Dənizinin Azərbaycana məxsus hissəsində iri yataqların işlənməsi üçün həm kapital həm də texnologiyaya ehtiyac var idi.Belə bir zamanda xarici investorların Ümumilli Lider tərəfindən ölkəyə dəvəti ,bu sahəyə cəlb edilməsi təkcə iqtisadi deyil strateji qərar idi.
Əsrin müqaviləsi təkcə Azərbaycan iqtisadiyyatına xarici investorlar,kapital qazandırmadı,beynəlxalq ticari əməkdaşlığa qoşulma ,yeni layihələrin icrası,ölkənin gələcək inkişafının maliyə bazasının formalaşması baxımdan xüsusi əhəmiyyət kəsb etdi.
Müqavilənin iqtisadi nəticələrindən danışarkən ən mühüm məqamlardan biri onun ətrafında bütöv bir enerji infrastrukturu və ixrac sistemi formalaşmasıdır. Neftin yalnız hasil edilməsi deyil, onun dünya bazarlarına çıxarılması üçün də yeni imkanlar yaradıldı. Bakı-Supsa və daha sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin reallaşması Azərbaycanın enerji ixracında alternativ marşrutlara çıxışını təmin etdi. Beləliklə, Əsrin müqaviləsi təkcə bir yatağın işlənməsi ilə məhdudlaşmadı, Azərbaycanın regional enerji xəritəsində mövqeyini dəyişən daha geniş prosesin başlanğıcına çevrildi.
Neft gəlirlərinin idarə olunması üçün Dövlət Neft Fondunun yaradılması və bu vəsaitlərin strateji layihələrə yönəldilməsi sonrakı iqtisadi inkişafın maliyyə bazasının formalaşmasında mühüm rol oynadı. Burada əsas məsələ yalnız böyük həcmdə gəlirin əldə olunması deyil, həmin gəlirlərin dövlətin uzunmüddətli inkişaf məqsədlərinə istiqamətləndirilməsi idi.
Həmin gəlirlər hesabına ölkə iqtisadiyyatı dirçəlməklə yanaşı ,qeyri neft sektorunun inkişafına nail olundu.
Heydər Əliyev siyasətinin əsas prinsipləri də məhz bu idi: xalq rifah yaşasın ,təbii resurslardan istifadə olunmaqla ölkənin dünəni,bu günü,gələcəyi inkişaf etsin .
Ölkəmizin bu gün beynəlxalq arenada söz sahibi olması,ölkə in iqtisadi inkişafı,Dövlət Neft Şirkətinin xarici ölkələrə kapital yatırımı və saysız hesabsız iqtisadi layihələr Ulu öndərin Azərbaycan iqtisadi həyatında misilsiz rolunun məcmusudur“.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB