Azərbaycan ilə Braziliya, Türkiyə və Avstraliya arasında mühüm müzakirələr aparılıb - PAYLAŞIM
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) dördüncü İqlim Həftəsi və paralel olaraq Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Azərbaycanla Braziliya, Türkiyə və Avstraliya arasında müzakirələr aparılıb. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Bakıda 4-cü BMT İqlim Həftəsi ərzində COP29 Azərbaycan Sədrliyinin, COP30 Braziliya Sədrliyinin, gələcək COP31 Türkiyə Sədrliyinin və Danışıqlar üzrə COP31 Avstraliya Sədrliyinin nümayəndələri tərəqqini müzakirə etmək, Sədrliyin rəhbərlik etdiyi əsas mandatlar və təşəbbüslər üzrə davamlılığı təmin etmək üçün bir araya gəliblər - o cümlədən 1.5 üçün Belem Missiyası", - o yazıb.
Y. Rəfiyev bildirib ki, dinamikanı bir COP-dan növbətisinə ötürməklə müzakirə edilmiş nəticələri icraya çevirmək və iqlim fəaliyyətini irəli aparmaq olur.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB