“Almaniya və Azərbaycan arasında münasibətlərdə yeni bir mərhələ başlayıb” - ŞƏRH

“Almaniya və Azərbaycan arasında münasibətlərdə yeni bir mərhələ başlayıb” - ŞƏRH

“Almaniya və Azərbaycan arasında münasibətlərdə yeni bir mərhələ başlayıb. Cənab Prezidentin Almaniyaya səfəri və Almaniya–Azərbaycan arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması göstərir ki, iki ölkə arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik və digər sahələri əhatə edəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, xüsusilə, Azərbaycanın Almaniyaya təbii qaz ixracının artırılması istiqamətində işlərin görülməsi nəzərdə tutulur:

“Bundan əlavə, Almaniya üçün Cənubi Qafqaz mühüm geosiyasi əhəmiyyət daşıyan regiondur. Almaniyanın xarici siyasətində də bu bölgənin rolu getdikcə artır. Bu baxımdan, Berlin regionda daha fəal siyasət həyata keçirməyə çalışır.

Düşünürəm ki, Azərbaycanla Almaniya arasında imzalanan sənədlər göstərir ki, rəsmi Berlin əvvəlki yanaşmasından uzaqlaşaraq daha müstəqil və praqmatik siyasət yürütməyə başlayıb. Xüsusilə, Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi Almaniyanın ölkəmizə verdiyi önəmin bariz nümunəsidir.

Almaniya Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasını hər zaman dəstəkləyib. Uzun illər Ermənistan–Azərbaycan münasibətlərində daha balanslı və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirib.

Rəsmi Bakı da rəsmi Berlinlə siyasi dialoqa və əməkdaşlığa böyük önəm verir. Hesab edirəm ki, bundan sonra iki ölkə arasında strateji əməkdaşlıq daha da dərinləşəcək və münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə