Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri təkcə bu ölkənin dövlət, teleradio və regional mətbuatında deyil, eyni zamanda, qlobal xəbər nəşrlərinin, maliyyə-birja portallarının və nüfuzlu təhlil mərkəzlərinin diqqət mərkəzində olub.
SİA xəbər verir ki, beynəlxalq informasiya məkanında dərc olunan materialların həcmi və məzmun dinamikası Berlin görüşlərinin regional çərçivədən çıxaraq Avropanın enerji arxitekturasına və qlobal geostrateji balansa bilavasitə təsir edən mühüm siyasi hadisə kimi qiymətləndirildiyini göstərir. Səfərlə əlaqədar Almaniyanın və dünyanın 70-dən çox aparıcı media resursunda dərc edilən analitik məqalələrin, xəbərlərin və rəsmi bəyanatların məzmunu bir neçə konseptual istiqamətdə dəyərləndirilib və ətraflı təhlil edilib. Almaniya mediasında səfərin dinamikası əsasən enerji təhlükəsizliyi, iqtisadi institusionallaşma və ikitərəfli gündəlik əsasında təqdim olunub. Bu ölkənin dövlət qurumlarının resursları, milli teleradio yayımları, maliyyə xəbərləri portalları və regional mətbuatı Azərbaycan Prezidentinin səfərini, ilk növbədə, rəsmi Berlinin enerji təchizatının şaxələndirilməsi və iki ölkə arasında iqtisadi əlaqələrin yeni institusional müstəviyə qaldırılması kontekstində işıqlandırıblar.
Ali siyasi təmaslar və strateji dialoq
Almaniya Hökumətinin rəsmi portalı (Bundesregierung.de) və Federal Prezidentin dəftərxanası (Bundespraesident.de) dövlətimizin başçısının Berlindəki görüşləri barədə operativ məlumatlar yayıblar. Məlumatlarda Almaniya Kansleri Fridrix Merts və Prezident Frank-Valter Ştaynmayerin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində ikitərəfli siyasi dialoqun dinamikası, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərinin ətraflı müzakirə olunduğu diqqətə çatdırılıb. Almaniyanın əsas informasiya agentliyi olan DPA (Deutsche Presse-Agentur) ilə yanaşı, geniş oxucu auditoriyasına malik “Stern”, “News.de”, “Klamm.de”, “Deutsche Welle” kimi media orqanları da rəsmi protokollara və müzakirə olunan əsas mövzulara geniş yer ayırıblar.
Enerji təchizatının şaxələndirilməsi: Təbii qaz və neft idxalının artırılması
Dövlətimizin başçısının rəsmi səfəri ilə bağlı Almaniya mediasında ən böyük maraq doğuran istiqamətlərdən biri enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi olub. Almaniyanın “N-TV”, “Stern”, “Deutschlandfunk” (DLF) və “Zeit”, “Deutsche Welle” (DW), “Berliner Zeitung”, “Ostdeutsche Allgemeine”, “Epoch Times” və “Energy News Magazine” kimi nüfuzlu media qurumlarının məlumatlarında Almaniyanın ənənəvi enerji mənbələrindən asılılığını azaltmaq strategiyasında Azərbaycanın həlledici rol oynadığı, Kansler Fridrix Mertsin mətbuat konfransında səsləndirdiyi fikirlərə istinadla Almaniyanın Azərbaycandan təbii qaz və neft idxalını artırmaq niyyətində olması barədə xəbərlər yayıblar. Həmçinin materiallarda Kansler Fridrix Mertsin öz bəyanatında Azərbaycanın Almaniyanın enerji təchizatının təmin edilməsində maraqlı tərəfdaş olduğunu vurğulaması xüsusi qeyd olunub. Həmin nəşrlərdə yayımlanan məqalələrdə, eləcə də maliyyə sahəsində fəaliyyət göstərən “Marketscreener”, “Onvista”, “Business-Panorama” portallarının materiallarında Azərbaycan qazının Mərkəzi Avropa bazarlarına nəqli imkanları xüsusi qeyd olunub, Prezident İlham Əliyevin Avropaya enerji nəqlini genişləndirmək üçün hasilat və tranzit infrastrukturuna Avropa İttifaqı tərəfindən adekvat maliyyə və investisiya dəstəyinin göstərilməsi ilə bağlı prinsipial mövqeyi işıqlandırılıb.
Almaniyanın birja və biznes mediası səfərin praktiki-iqtisadi əhəmiyyətinə və nəticələrinə xüsusi diqqət ayırıb. Ölkənin regional xəbər şəbəkələri – “Presse Augsburg”, “Regionalheute”, “Pfalz-Express”, “Hasepost”, “Regiojournal Saarland”, “Foerde.news” və “Klamm.de” kimi portallar səfər çərçivəsində Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və onun fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanmasına geniş yer verib. Eyni zamanda, “Deutsche Börse” (Almaniya Birjası) və “Yahoo Finance” saytlarında Azərbaycan ilə enerji və sənaye sahəsində əldə olunan razılaşmaların Avropanın kapital bazarlarındakı müsbət əks-sədası təhlil edilib.
Siyasi-analitik yayımlar həyata keçirən nüfuzlu media orqanları – “Welt”, “Handelsblatt”, “Deutsche Börse”, “Neue Westfälische” və “Upday” nəşrləri isə Prezident İlham Əliyevin və Kansler Fridrix Mertsin yerli jurnalistin sualına cavab olaraq alman siyasətçilərin Bakıda keçirdikləri iddia olunan qapalı təmaslar barədə fikirlərinə yer verib.
Dünya mediasının baxışı
Beynəlxalq media resursları da Prezident İlham Əliyevin Berlinə rəsmi səfərini və keçirilən mətbuat konfransını diqqətdə saxlayıblar. Aİ mediasında səfərin hüquqi tərəflərinə diqqət yetirilib. İtaliyanın “Agenzia Nova” agentliyi səfərin hüquqi bazasına, strateji çərçivənin genişlənməsinə xüsusi həssaslıqla yanaşıb. Nəşr Prezident İlham Əliyevin və Kansler Fridrix Mertsin imzaladıqları ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin hüquqi və siyasi mahiyyətinə geniş yer ayıraraq, həmin sənədin Bakı ilə Berlin arasında ikitərəfli əlaqələri keyfiyyətcə daha yüksək, institusional müstəviyə qaldırdığını vurğulayıb.
Eləcə də beynəlxalq xəbər agentlikləri və aparıcı xarici nəşrlər - “Reuters”, “Bloomberg”, “US News”, “Kyiv Post”, “Meduza”, “Nau.ch”, həmçinin Rusiyanın “TASS”, “Kommersant”, “RBC.ru”, “Lenta.ru”, “The Moscow Times” və “Forbes Russia” resursları əsas diqqəti mətbuat konfransına yönəldiblər. Həmin nəşrlər mətbuat konfransında səsləndirilən fikirlərə istinadla Almaniyanın və Rusiyanın sabiq rəsmilərinin Bakıda keçirdikləri qeyri-rəsmi təmaslar barədə məlumatlar yayımlayıblar.
Beləliklə, Almaniya və dünya mediasının marağı Prezident İlham Əliyevin Berlinə səfərinin beynəlxalq ictimaiyyət tərəfindən təkcə ikitərəfli təmaslar kimi deyil, Cənubi Qafqazın, Avropanın enerji təhlükəsizliyinin təmin olunması və nəqliyyat imkanlarının genişləndirilməsinə təsir edən vacib geostrateji hadisə kimi dəyərləndirildiyini göstərir. Aparıcı nəşrlərin səfərlə bağlı təhlilləri bir daha təsdiqləyir ki, Azərbaycan bir tərəfdən Avropanın enerji təchizatında və iqtisadi tərəfdaşlığın institusionallaşmasında vacib strateji mövqeyini möhkəmləndirir, digər tərəfdən müstəqil xarici siyasət kursu yürütməklə qlobal geostrateji müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunur. Bu isə rəsmi Bakının orta güc mərkəzi olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində qərarların qəbul edilməsinə və qlobal sabitliyin təmin olunmasına təsir göstərən əsas amillərdən biri olduğunu bir daha göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ukrayna hansı kozırları oynaya bilər?
Dünya 20:05Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



