Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilir

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.

SİA xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 22 məsələ daxil edilib.

Plenar iclasda “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq, Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqavilənin təsdiqi, eləcə də nəqliyyat, büdcə, gömrük, cinayət qanunvericiliyi, dövlət satınalmaları və digər sahələr üzrə qanun layihələrinə baxılır.

Bununla yanaşı, iclasda “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” yeni qanun layihələri, həmçinin torpaq münasibətləri, tibbi sığorta, miqrasiya və enerji effektivliyi ilə bağlı bir sıra qanun layihələri də birinci oxunuşda müzakirə olunur.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə