Zakir Həsənov nazirliyin Baş direktoru və bir qrup hərbi qulluqçunu təltif edib

Zakir Həsənov nazirliyin Baş direktoru və bir qrup hərbi qulluqçunu təltif edib

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə", general-mayor Elmir İbrahimov "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə "Şücaətə görə" medalı ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə