15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilir -YENİLƏNİR

İyunun 10-da Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı tərəfindən 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Məfkurəsi: Xilaskarlıq Missiyasından Zəfər Salnaməsinə” mövzusunda tədbir keçirilir.

SİA xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Aqil Bəhramlı, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Novruz Quliyev və digər qonaqlar iştirak edirlər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə