Azovda hücuma məruz qalmış gəmilərdə 19 Azərbaycan vətəndaşından 4 nəfəri həlak olub - FAKT
Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəyə yola salınıb.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Onların bu gün günorta radələrində Azərbaycana çatmaları gözlənilir.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub. Həmçinin bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB