Prezident Administrasiyasında Ağ Partiyasının sədri Tural Abbaslı ilə görüş keçirilib
Bununla bağlı məlumat Partiyanın Mətbuat xidmətindən verilib.
Məlumatda bildirilir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev cari ilin 8 iyun tarixində AğPartiyasının sədri Tural Abbaslı ilə görüşüb.
SİA xəbər verir ki, Prezident Administrasiyasında keçirilən görüş zamanı beynəlxalq münasibətlər sistemində müşahidə olunan transformasiya prosesləri fonunda Azərbaycanınsərgilədiyi prinsipial mövqe, bilavasitə daxili siyasət ilə əlaqədar olan bir sıra önəmli məsələlər ətrafında söhbət aparılıb. Görüşdə “Siyasi partiyalar haqqında” Qanunun qəbulundan sonra partiyaların normal və legitim fəaliyyəti üçün dövlət tərəfindən görülmüş müxtəlif səpgili tədbirlər, həmçinin ölkədə yaranmış sağlam siyasi iqlimin mövcudluğunu şərtləndirən digər amillər müzakirə olunmuşdur.
Vurğulanıb ki, bilavasitə ali siyasi iradənin təcəssümüolan siyasi partiyaların inkişafına göstərilən dəstək sayəsində ölkənin dayanıqlı demokratik ənənələrininformalaşması prosesi ardıcıl şəkildə davam edir. Bu mənada sağlam əməkdaşlıq mühitinin qorunması prosesinin siyasi partiyalar tərəfindən aktiv şəkildə dəstəklənməsi faktı da müstəsna əhəmiyyətə malikdir.
Həmçinin qeyd olunub ki, xüsusilə Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra Azərbaycana qarşı artan qərəzli informasiya təxribatları ilə mübarizədə vətənpərvər siyasi qüvvələrin aktiv iştirakının təmin olunması məsələsində də siyasi partiyaların rolu əvəzolunmazdır. Ölkənin vətənpərvər gənclərinin də milli maraqlar naminə birləşməsi istiqamətində siyasi partiyalarla aparılan əməkdaşlıq əlaqələrinin önəmli istiqamətlərindən biridir.
Dövlət və cəmiyyət üçün strateji əhəmiyyət daşıyan milli birliyin qorunması, habelə informasiya məkanında yaşanan məkrli təxribatlar ilə mübarizədə hər zaman dövlətin yanında olduğunu bildirən Partiya sədri mövcud istiqamətlərdə dövlət tərəfindən atılacaq hər bir təşəbbüsün dəstəklənməsinin zəruriliyini xüsusi olaraq vurğulamışdır.
Prezident Administrasiyasının rəsmisi görüşün sonunda milli dövlətçilik ənənələrinin və milli maraqların qorunması yolunda Ağ Partiyasına uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB