“Bütün bu təşkilatçılığa görə Azərbaycan Prezidentinə təşəkkür etmək lazımdır“ - XARİCİ QONAQ
“Biz həqiqətən tədbiri çox bəyəndik. Azərbaycanın hökuməti bu baxımdan yüksək qiymətə layiqdir. Burada çoxsaylı ölkələr qəbul olunub və bütün proseslər yüksək səviyyədə təşkil edilib”.
SİA xəbər verir ki, bu sözləri WUF 13 iştirakçısı Elnazir Ramadan bildirib.
Onun sözlərinə görə, iştirakçılar üçün nəqliyyat təmin edilib, hər kəs üçün lazımi şərait yaradılıb. Burada sanki “bir dam altında” çoxlu ölkələr bir araya gətirilib və həm Azərbaycanda, həm də dünyanın müxtəlif regionlarında həyata keçirilən inkişaf layihələri təqdim olunub.
Müxtəlif ölkələrdən təqdim olunan layihələr çox yaxşı əməkdaşlıq və qarşılıqlı əlaqə mühiti formalaşdırır.
Bütün bu təşkilatçılığa görə Azərbaycan Prezidentinə təşəkkür etmək lazımdır. Biz ona minnətdarıq. O, iştirakçılar üçün yüksək səviyyəli şərait, maraqlı tədbirlər və xoş atmosfer yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB