"Latviya Respublikasının Prezidenti Edqar Rinkeviçin Azərbaycana rəsmi səfəri çərçivəsində yüksək səviyyəli görüşlər keçirilir. Dövlət başçıları arasında baş tutan görüşlərdə və mətbuata verilən bəyanatlarda ikitərəfli münasibətlərin əsas istiqamətləri müzakirə olunub".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Bu müzakirələr əsasən Azərbaycan və Latviya arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın inkişafını, regional təhlükəsizlik məsələlərini və strateji tərəfdaşlıq perspektivlərini əhatə edir. Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı qlobal geosiyasi və enerji böhranı fonunda enerji təhlükəsizliyi məsələsi Avropa ölkələri, o cümlədən Latviya üçün prioritet istiqamətlərdən biridir.
Azərbaycan isə bu sahədə Avropanın etibarlı tərəfdaşlarından biri kimi çıxış edir. Ölkəmiz artıq bir sıra Avropa dövlətlərinə enerji resursları ixrac edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Bu səfər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq.
Latviyanın Avropa İttifaqı və NATO üzvü olması isə bu münasibətlərə əlavə strateji əhəmiyyət qazandırır. Bu, Azərbaycanın Avropa məkanında mövqelərinin güclənməsinə, beynəlxalq təşkilatlarda maraqlarının daha effektiv müdafiə olunmasına töhfə verə bilər.
Eyni zamanda, münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub. Latviya da Azərbaycanla enerji və iqtisadi sahələrdə əməkdaşlığın genişlənməsində maraqlıdır.
Bu səfər Azərbaycan–Latviya münasibətlərinin yeni mərhələyə keçidi baxımından mühüm əhəmiyyət daşıyır və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına xidmət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB