“Türk xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənmiş modelin Azərbaycanın əldə etdiyi təsirli inkişafını məmnunluqla müşahidə edirik. Parlamentlərimiz arasında yaradılmış dostluq qruplarının üçüncü iclasını keçirmək məqsədilə bu gün Azərbaycanın paytaxtı, Xəzərin incisi, qədim dostluq şəhəri Bakıda olmaqdan böyük məmnunluq və qürur duyuram. Bizə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm”.
SİA xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri, Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərarası İşçi qrupunun 13-cü iclasında çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, “Üç dövlət, bir millət” şüarı ilə başlatılan görüşlərin ilkini Şimali Kipr Türk Cümhuriyyətində keçirməkdən qürur duyur: “Biz eyni millətin övladlarıyıq. Ortaq tariximiz, mədəniyyətimiz və köklü ənənələrimiz ən möhkəm dayağımızdır. Dostluq qruplarımız vasitəsilə parlamentlərimiz və ölkələrimiz arasındakı əlaqələrin daha institusional və səmərəli səviyyəyə qaldırılması yalnız ikitərəfli münasibətləri gücləndirməyəcək, eyni zamanda türk dünyasının həmrəyliyinə də mühüm töhfələr verəcəkdir".
Ziya Öztürklər həmçinin vurğulayıb ki, Şimali Kipr Türk Cümhuriyyəti həm türk dünyası ilə Şərqi Aralıq dənizi arasında körpü rolunu oynayır, həm də sülh və balans amilidir: “Yaxın Şərqdə baş verən hadisələr göstərir ki, dost, müttəfiq, qardaş dövlətlər arasında həmrəylik həyati əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB