Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Çində baş tutan ən iri siyasi hadisə - “iki sessiya”nın nəticələri və Çin-Azərbaycan əlaqələrinin son inkişaf tendensiyaları barədə məlumat vermək üçün Çin səfirliyində brifinq keçirib.
SİA xəbər verir ki, tədbirdə səfir çıxış edərək “iki sessiya” zamanı müəyyən edilmiş əsas prioritetlər, sosial-iqtisadi inkişaf hədəfləri və Çin modelinin beynəlxalq səviyyədə tanınması barədə məlumat verib.
Brifinqdə səfir bildirib ki, bu il Pekin şəhərində Çin Xalq Siyasi Məsləhət Şurasının Ümumçin Komitəsinin XIV çağırışının 4-cü sessiyası və Ümumçin Xalq Nümayəndələri Məclisinin XIV çağırışının 4-cü sessiyası keçirilmişdir. Hər iki sessiya birlikdə “iki sessiya” kimi tanınır və Çin siyasətində hər il mühüm əhəmiyyət daşıyır. Sessiyalar ölkənin siyasi, iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyənləşdirir və beynəlxalq ictimaiyyətə Çinlə bağlı prioritetləri daha yaxından izləmək imkanı verir.
Lu Mey qeyd edib ki, “iki sessiya” çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin deputatlarla görüşüb, Baş nazir Li Tsyan hökumətin fəaliyyəti barədə hesabat təqdim edib, Xarici işlər naziri Van İ isə xarici siyasət və digər ölkələrlə münasibətlər haqqında jurnalistlərin suallarını cavablandırıb. Həmçinin, Ümumçin Xalq Nümayəndələri Məclisi xalq təsərrüfatı və sosial inkişaf üzrə 15-ci beşillik proqram layihəsini təsdiq edib. Bu proqram ölkənin növbəti illər üçün sosial-iqtisadi inkişaf yol xəritəsini müəyyənləşdirir.
Səfir həmçinin Çin-Azərbaycan əlaqələrinin inkişafı, iqtisadi əməkdaşlıq, ticarət və mədəni mübadilə imkanları barədə məlumat verib. O bildirib ki, Çin artıq 150-dən çox ölkə və regionun əsas ticarət tərəfdaşıdır və süni intellekt, biotibb, biofarmasevtika, robot texnikası və kvant texnologiyaları sahələrində dünya liderləri sırasındadır. Çin gəncləri artıq dilini öyrənir, mədəniyyətini tanıyır və “çinli olmaq” təcrübəsini praktik şəkildə yaşayırlar.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB