“Avropa İttifaqında qərarqəbuletmə prosesi daha səmərəli olmalıdır” - Romano Prodi
“Avropa İttifaqında 9-cu maddənin mənası ilə bağlı deyə bilərik ki, əvvəllər Avropa Birliyi üzvləri arasında ‘Avropa İcması’ yaratmaq təklifi veriləndə bu, tamamilə doğru yanaşma idi. Lakin vacib məqam ondan ibarətdir ki, qərar verən və prosesdə iştirak edən tərəflər mövcud imkanlardan düzgün istifadə etməlidirlər. Çünki bu gün daha çox imkanlar mövcuddur və onlar bəzən rədd edilə bilər”.
SİA xəbər verir ki, bu fikirləri İtaliyanın Baş naziri (1996–1998, 2006–2008), Avropa Komissiyasının prezidenti (1999–2004) Romano Prodi XIII Qlobal Bakı Forumda çıxışı zamanı səsləndirib.
Romano Prodi bildirib ki, son illərdə Avropa İttifaqında mühüm institusional dəyişikliklər müşahidə olunur: “Son illərdə gördüyüm böyük inkişaf Komissiyadan Şuraya keçiddir. Şura – yəni Avropa Birliyinin ali idarəçilər qrupunun fəaliyyəti tamamilə fərqli xarakter daşıyır. Avropa İttifaqında qərarqəbuletmə prosesi tez-tez çətinləşir və bəzən paralizə olunmuş vəziyyətə düşür”.
O qeyd edib ki, Avropa İttifaqının tarixində böyük qərarların qəbul edilməsi mühüm əhəmiyyət daşıyır: “Son 50 ildə qəbul edilmiş ən mühüm qərarlardan biri Avro valyutasının tətbiqi olub. Bu təşəbbüs Almaniyanın irəli sürdüyü bir ideya idi və nəticədə Avropanın 21 ölkəsində tətbiq olunub. Mənim fikrimcə, Avro məsələsi bu cür böyük qərarların qəbul edilməsi üçün yaxşı nümunədir”.
Romano Prodi vurğulayıb ki, Avropa İttifaqında 9-cu maddə üzv dövlətlər arasında qərarvermə və səlahiyyətlərin paylaşılması ilə bağlı əsas prinsipləri müəyyən edir və strateji qərarların qəbul olunmasına zəmin yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB