“İranda yaşayan türklərə basqılar uzun illərdir davam edir” - ŞƏRH OLUNDU
“Azərbaycan da daxil olmaqla, ümumilikdə İranda yaşayan türklərə basqılar uzun illərdir davam edir”.
Bu sözləri SİA -ya açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.
Onun sözlərinə görə, Azərbaycan da daxil olmaqla, ümumilikdə İranda yaşayan türklərə qarşı basqılar uzun illərdir ki, dayanmadan davam edir:
”1925-ci ildə Qacarlar devrildikdən sonra hakimiyyətə gələn şah rejimi, daha sonra isə 1979-cu ildə şahı devirərək hakimiyyətə gələn fars molla rejimi ardıcıl şəkildə türklərin varlığını inkar edən siyasət yürüdüb.
Bu siyasətin nəticəsi olaraq, türk dili sıxışdırılıb, türkcə kitablar məhv edilib, türk fəalları təqib olunub, həbs edilib və edam olunublar. Yüzlərlə, hətta minlərlə türk fəalı müxtəlif dövrlərdə basqılarla üzləşib və bu təzyiqlər bu gün də davam etməkdədir.
Hazırda da Güney Azərbaycanda və ümumilikdə İran ərazisində türk dilində təhsil verən məktəblər mövcud deyil. Ana dili kənara sıxışdırılıb və türklərin tarixi, milli kimliyi sistemli şəkildə görməzlikdən gəlinir.
Belə bir vəziyyətə dünyanın laqeyd qalması doğru deyil. Bu səbəbdən hesab edirəm ki, Güney Azərbaycanda və ümumilikdə İranda yaşayan soydaşlarımızın problemləri davamlı şəkildə beynəlxalq təşkilatların, o cümlədən BMT-nin tribunalarına çıxarılmalıdır.
Bu istiqamətdə müəyyən işlər görülür, lakin bunlar hələ də yetərli deyil. Eyni zamanda Azərbaycan mediasının da bu mövzulara daha həssas yanaşması və daha geniş şəkildə işıqlandırması vacibdir.
Biz çalışmalıyıq ki, həm İran daxilində, həm də beynəlxalq müstəvidə bu məsələlərlə bağlı davamlı olaraq diqqət cəlb edilsin. Çünki İranı idarə edən dairələrə qarşı susqunluq və laqeydlik onların daha da sərtləşməsinə və bölgədə yaşayan soydaşlarımıza qarşı təzyiqlərin artmasına səbəb ola bilər.
1925-ci ildə Qacarlar devrildikdən sonra hakimiyyətə gələn şah rejimi, daha sonra isə 1979-cu ildə şahı devirərək hakimiyyətə gələn fars molla rejimi ardıcıl şəkildə türklərin varlığını inkar edən siyasət yürüdüb:
”Bu siyasətin nəticəsi olaraq, türk dili sıxışdırılıb, türkcə kitablar məhv edilib, türk fəalları təqib olunub, həbs edilib və edam olunublar. Yüzlərlə, hətta minlərlə türk fəalı müxtəlif dövrlərdə basqılarla üzləşib və bu təzyiqlər bu gün də davam etməkdədir.
Hazırda da Güney Azərbaycanda və ümumilikdə İran ərazisində türk dilində təhsil verən məktəblər mövcud deyil. Ana dili kənara sıxışdırılıb və türklərin tarixi, milli kimliyi sistemli şəkildə görməzlikdən gəlinir.
Belə bir vəziyyətə dünyanın laqeyd qalması doğru deyil. Bu səbəbdən hesab edirəm ki, Güney Azərbaycanda və ümumilikdə İranda yaşayan soydaşlarımızın problemləri davamlı şəkildə beynəlxalq təşkilatların, o cümlədən BMT-nin tribunalarına çıxarılmalıdır.
Bu istiqamətdə müəyyən işlər görülür, lakin bunlar hələ də yetərli deyil. Eyni zamanda Azərbaycan mediasının da bu mövzulara daha həssas yanaşması və daha geniş şəkildə işıqlandırması vacibdir.
Biz çalışmalıyıq ki, həm İran daxilində, həm də beynəlxalq müstəvidə bu məsələlərlə bağlı davamlı olaraq diqqət cəlb edilsin. Çünki İranı idarə edən dairələrə qarşı susqunluq və laqeydlik onların daha da sərtləşməsinə və bölgədə yaşayan soydaşlarımıza qarşı təzyiqlərin artmasına səbəb ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB