Pakistandan Azərbaycana təşəkkür MESAJI

Pakistan İslamabaddakı məsciddə 31 nəfərin ölümünə, 169 nəfərin yaralanmasına səbəb olan partlayışla əlaqədar dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

Bu barədə Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkəsində yazıb. "Bu çətin vaxtda Pakistanla həmrəyliyə görə sizə təşəkkür edirik. Terrorizmlə mübarizədə əzmimiz sarsılmaz olaraq qalır", - o yazıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə