Azərbaycan və ABŞ minatəmizləmə sahəsində gələcək əməkdaşlığı müzakirə edib

Azərbaycan və ABŞ humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Bu barədə SİA-ya Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb.

Görüşdə Azərbaycanın üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə təqdimat edilib.

Həmçinin, ABŞ tərəfindən dəstək imkanları, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə