"İranda azadlığın vaxtıdır" - Roberta Metsoladan PAYLAŞIM

"Zorakılıq, qətllər və repressiyalar yolu ilə İran rejimini ayaqda saxlayanlara qarşı daha sərt sanksiyaların tətbiq olunmasının vaxtıdır."

SİA-nın məlumatına görə, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola "X" hesabında yazıb. O qeyd edib ki, Avropa üçün qətiyyətlə hərəkətə keçmə zamanıdır. SİTAT: "İslam İnqilabı Keşikçiləri Korpusunun nəhayət terror təşkilatı kimi tanınmasının vaxtıdır. İranda azadlığın vaxtıdır".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə