Rəsmi Moskva yanvarın 6-da Böyük Britaniya, Fransa və Ukrayna liderləri tərəfindən Parisdə imzalanan, atəşkəs rejimi əldə olunacağı təqdirdə Ukrayna ərazisində Britaniya və Fransa qoşunlarının yerləşdirilməsini nəzərdə tutan niyyətlər bəyannaməsinə kəskin mövqe bildirib. SİA xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu bəyannaməni qəbuledilməz adlandırıb. SİTAT: “Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq edir ki, Ukrayna ərazisində Qərb ölkələrinin hərbi bölmələrinin, hərbi obyektlərinin, anbarlarının və digər infrastrukturunun yerləşdirilməsi təkcə Rusiyanın deyil, Avropanın digər ölkələrinin də təhlükəsizliyinə birbaşa təhdid yaradan xarici müdaxilə kimi qiymətləndiriləcək”, – deyə M.Zaxarova bildirib. O əlavə edib ki, “onlar Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəflər hesab olunacaq”.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB