“Dünyada hüququn gücü yoxdur, gücün hüququ var!”

Mətləb Salahov: “Donald Trampın Maduranı yatağından qaçırdıb Venesuela neftini qamarlaması dünyanı dəhşətli xaosa sürükləyir”

“Venesuela prezidenti Nikolas Maduranın ABŞ xüsusi təyinatlıları tərəfindən qaçırılması və Nyu-York küçələrində alçaldığıcı şəkildə nümayiş etdirilməsi birbaşa dünya üçün ən təhlükəli presedentlərə yol açır. Təsəvvür edin ki, iyirminci əsrin ortalarına yaxınlaşırıq, amma özünü demokratiya beşiyi adlandıran supergüc, başqa ölkənin prezidentini gecə ikən oğurlayıb aparır.
Bu hərəkətin sadəcə izahı belə yoxdur. Bu o deməkdir ki, dünyadakı digər supergüclər, məsələn Rusiya rəhbəri Vladimir Putin də sabah başqa bir ölkənin liderini bu şəkildə oğurlasa və ya o ölkəni işğal edərsə, başda ABŞ olmaqla heç bir Qərb dövlətinin Moskvaya söz edeyəcək üzü qalmayıb. Donald Tramp bu hərəkətləri ilə dünya siyasətinin yırtıcı və əsl üzünü xalı kimi rotaya sərir”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, Ağ Ev rəhbəri N.Maduranı narkoticarətdə ittiham etsə də, artıq neçə gündür keyfiyyətli Venesuela neftini dünya bazarına çıxarıb qazanc əldə edir.
Bu faktın özü ABŞ-ın əsl məqsədinin bu ölkənin təbii sərvətlərinə göz dikməsi ilə bağlı olduğunu göstərir. “Bu, açıq şəkildə yırtıcı biznes maraqlarıdır. Volodimir Zelenskiyə olmazın təzyiqlərini göstərib Ukraynanın təbii sərvətlərini qamarlayan D.Tramp, indi də N.Maduranı yatdığı yerdən qaçırdıb bu ölkənin bütün neft sərvətlərini ələ keçirdi. Bu hadisə dünyanı ciddi xaos və müharibə fəlakətinə sürükləyir”.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə