"Azərbaycan-Uqanda diplomatik və xidməti pasport sahiblərinin vizadan azad olunması sazişi təsdiqləndi"

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini qəbul edib. SİA xəbər verir ki, qanun layihəsini Milli Məclisin deputatı Zaur Şükürov təqdim edib.

Saziş iki ölkə arasında diplomatik və xidməti pasport sahiblərinin qarşılıqlı vizasız səfərlərini təmin etməklə, rəsmi əlaqələrin və diplomatik səfərlərin sadələşdirilməsinə xidmət edir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə