Prokurorluq əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər - FOTOLAR

Müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu və memarı, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə