"İran Xarici İşlər nazirinin Azərbaycana səfəri, apardığı danışıqlar və dövlətimizin başçısı tərəfindən qəbul olunması Azərbaycan–İran münasibətlərini normallaşdırmaq istiqamətində atılan mühüm bir addımdır. Azərbaycan hər zaman İranla dost və qardaş münasibətlərinin olmasını istəyir və bu münasibətlərin arzuolunan səviyyəyə çatması üçün əlindən gələni edir". Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.
_(1).jpg)
Onun sözlərinə görə, lakin iki dövlət arasında münasibətlər yalnız bir tərəfdən asılı deyil: "Münasibətlərin dostluq və qardaşlıq səviyyəsində qalması üçün qarşı tərəf də səmimi iradə nümayiş etdirməlidir. Təəssüf ki, İranın dini liderinin ətrafında olan müəyyən şəxslər, İran parlamentinin bəzi deputatları və müxtəlif ekspertlər münasibətlərin inkişafına əngəl törətmək üçün əlindən gələni edirlər. Onların verdiyi bəyanatlar və tutduqları mövqe münasibətlərimizə ciddi zərbə vurur.
Təkcə İranın Ermənistandakı səfiri ardıcıl şəkildə münasibətlərə zərbə vuran açıqlamalar verir. Dini liderin müşavirləri də bu cür arzuolunmaz və münasibətləri gərginləşdirən bəyanatlar səsləndirirlər. Azərbaycan–İran münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etməsi üçün İran bəzi məsələlərdə mövqeyini dəyişməlidir. İlk növbədə, Azərbaycanın müstəqil siyasətinə qarşı qısqanclıqla yanaşmaqdan imtina olunmalıdır. İkincisi, Zəngəzur dəhlizinin açılmasına olan maneələr aradan qaldırılmalıdır. İran qəbul etməlidir ki, bu dəhliz mütləq açılacaq. Bu prosesdə həm Avropa, həm də ABŞ fəal iştirak edəcək.
Eyni zamanda, Türkiyənin və ümumilikdə Türk dünyasının nüfuzunun gündən-günə artmasını İran qısqanclıqla deyil, təbii şəkildə qəbul etməlidir. Əgər bu addımlar atılarsa, o zaman Azərbaycan–İran münasibətlərinin hər iki dövlətin arzuladığı səviyyəyə çatması mümkün olar. Regional əməkdaşlıq və təhlükəsizlik daha yüksək səviyyəyə qalxar. Hər şey İran tərəfinin mövqeyindən asılıdır. Ümid edirik ki, onlar bu istiqamətdə zəruri addımları atacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB