Türk Dövlətləri Təşkilatının nazirlərinin birinci iclası keçirilir - YENİLƏNİR/FOTOLAR

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir. SİA xəbər verir ki, “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı ilə keçirilən iclasda Təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının və TDT-nin rəhbər şəxsləri iştirak edirlər.

İclas çərçivəsində əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur. Tədbirin sonunda Birgə Bəyannamə sənədinin imzalanması nəzərdə tutulur.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə