"Hər bir dövlətin öz ana dilinin cəmiyyət tərəfindən mənimsənilməsi, qayğısına qalması zəruridir. Bu, hər bir dövlətin identikliyini, yəni özünə məxsusluğunu müəyyən edən çox vacib tələbdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Gürcüstanda hakimiyyətin, dövlətin dili olaraq gürcü dilinin mənimsənilməsi yönümündə atdığı addımlar və qoyduğu tələblər başa düşüləndir: "Ancaq nəzərə almaq lazımdır ki, Gürcüstanda qoyulan bu tədbirin orada yaşayan azərbaycanlılar üçün mənfi təsiri nisbətən az ola bilər. Əgər mənfi təsiri olacaqsa, bunun ən az hissəsi azərbaycanlıların payına düşə bilər. Niyə? Çünki azərbaycanlılar orada toplum halında yaşayırlar, özü də neçə yüz illərdir ki, gürcülərin içindədirlər.
Necə ki, Azərbaycanda, xüsusilə şimal-qərb bölgələrimizdəki gürcü kəndlərində yaşayan insanlar azərbaycan dilini bilirlərsə, eyni birgə yaşayış nəticəsində Gürcüstandakı azərbaycanlılar da çox güman ki, gürcü dilini azı danışıq səviyyəsində bilirlər. Hələ mən demirəm ki, həmin bölgələrdəki orta məktəblərdə bəzi hallarda gürcü dili də tədris olunur. Buna görə də Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dili ilə bağlı çox ciddi problemlərinin olacağını düşünmürəm. Çünki bu ölkənin vətəndaşı kimi onlar bu dilin müəyyən səviyyədə mənimsənilməsində indiyədək imkanlı olublar. Həm də tələbat da var ki, orada yaşayan azərbaycanlılar gürcü dilini öyrənsinlər. Çünki əgər həmin cəmiyyətdə yaşayıb, orada özlərinə karyera qurmaq istəyirlərsə, mütləq dövlətin hakim xalqının dilini öyrənməkdə maraqlı olmalıdırlar.
Amma konkret deyə bilərəm ki, bu yeni qaydanın tətbiqi Gürcüstandakı azərbaycanlılara o qədər də mənfi təsir etməyəcək. Lakin Gürcüstan azərbaycanlılarının ümumilikdə problemləri var və bu problemlər hələ də həll olunmur. Çox təəssüf ki, nə Gürcüstan hakimiyyəti, nə də başqa dəstəklər bu məsələlərlə yetərincə maraqlanmır. Dil baxımından isə, Gürcüstandakı azərbaycanlıların çox ciddi çətinliklərlə üzləşəcəyi gözlənilmir. Hərçənd ki, ana dilində məktəb, dərslik və digər təhsil məsələləri ilə bağlı problemlər mövcuddur, amma dövlətin qoyduğu dil tələbləri baxımından onlar ciddi problem yaşamayacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB